Avropanın bəzi strukturlarının Azərbaycana qarşı səsləndirdiyi fikirlərdə islamofobiya elementləri var.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev islamofobiya ilə mübarizəyə həsr olunmuş tədbirdən sonra keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Azərbaycanın islamofobiya ilə mübarizəyə həsr olunmuş tədbirlər ənənəyə çevrilib:
“Artıq institusionallaşma gedir və bu istiqamətdə Qəyyumlar Şurası yaradılacaq”.