27 may 2025 18:26
160

Elmar Qasımov “Kiber Suverenlik” konfransında iştirak edib

BANM-in rektoru Elmar Qasımov Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və Milli Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Kiber Suverenlik” konfransında iştirak edib.

“İki sahil” xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Elmar Qasımov kibertəhlükəsizlik sahəsində milli maraqların qorunması, texnoloji müstəqilliyin gücləndirilməsi və bu istiqamətdə elmi-tədris müəssisələrinin rolu ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, konfransın əsas məqsədi ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən dövlət qurumları, özəl sektor nümayəndələri və ekspertlərlə birgə kiber suverenlik mövzusunda dərin müzakirələrin aparılmasıdır.