Bakıda içkili vəziyyətdə intihara cəhd edən şəxs polisə qarşı xuliqanlıq edib.
“İki sahil” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, metronun "Koroğlu" stansiyasının qarşısındakı körpüdə baş verib.
Şəmkir rayonundan olan 1995-ci il təvəllüdlü Tamerlan Məmmədov sərxoş vəziyyətdə körpüyə çıxaraq özünü atmaq istədiyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib və vətəndaşı fikrindən daşındırıblar.
Polis bölməsinə gətirilən Tamerlan izahat verərkən otaqdan qəfil çıxaraq, təhlükəsizlik üçün asılmış yanğınsöndürmə balonunu götürərək insanlara hücum etməyə başlayıb. O, balonla binanın pəncərələrinin şüşələrini qırıb, polis əməkdaşlarını təhqir edib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Tamerlan 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. (Oxu.Az)