Minskdə Belarus Milli Kitabxanası mayın 27-dən 28-nə keçən gecə Azərbaycan bayrağının rənglərinə boyanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bu aksiya Azərbaycanın Müstəqillik Gününə həsr olunub.