28 may 2025 17:07
171

Ərdoğan Laçında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.

“İki sahil” xəbər verir ki, Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında “Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!" - deyib. 

Türkiyə liderinin "Azərbaycan" şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik:

"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!"