28 may 2025 17:40
211

Hər zaman Azərbaycan xalqının yanında olacağıq - Ərdoğan

Göz bəbəyiniz Azərbaycanla aramızdakı məhəbbəti gücləndirərək davam etdirəcəyik.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

“Yaxşı gündə olduğu kimi pis günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin”, - deyə, Ərdoğan vurğulayıb.