29 may 2025 02:30
207

Qvardiolanın köməkçisi bu klubun baş məşqçisi oldu

"Mançester Siti" baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Karlos Visenslə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, mütəxəssis Portuqaliya "Braqa"sına rəhbərlik edəcək.

Bu barədə "Braqa"nın mətbuat xidməti məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.

Visens 238 matçda "şəhərlilər"in baş məşqçisinə köməklik edib. Ümumilikdə, 42 yaşlı ispaniyalı 2017-ci ilin avqustundan "Mançester Siti"də çalışırdı.