30 may 2025 15:15
199

FİFA araşdırmalara başladı

FİFA Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunması ilə bağlı araşdırmalara başlayıb .

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, 65 yaşlı mütəxəssislə Braziliya Futbol Konfederasiyası (CBF) arasında müqavilənin bağlanması prosesində futbol agentlərinin fəaliyyət qaydaları pozulmuş ola bilər.

Bildirilib ki, italiyalı çalışdırıcının 1,2 milyon avro komissiya borcu olan nümayəndəsi Dieqo Fernandesin tərəflər arasındakı əməliyyatda vasitəçilik etmək üçün tələb olunan fərdi lisenziyası yoxdur.

FİFA CBF-dən D.Fernandezlə əlaqə saxlamağı və müqavilə ilə bağlı bütün məlumatları, həmçinin sözləşmənin surətlərini tələb edir.

Qeyd edək ki, K.Ançelotti mayın 12-də rəsmən Braziliya yığmasının baş məşqçisi təyin olunub.