Azərbaycan və Ermənistan arasında sülh vacibdir.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Enerji katibinin Beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifəsini icra edən edən Uilyam Coys Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.
“Biz Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlməsindən razıyıq və tərəflərin tezliklə müqaviləni imzalayıb ratifikasiya etmələrini səbirsizliklə gözləyirik. Prezident Trampın da dediyi kimi, onun administrasiyası bütün dünyada sülhü təşviq edir. Bu gün ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyir”,- deyə Enerji Departamenti rəsmisi əlavə edib.