ABŞ prezidentinin Suriya üzrə nümayəndəsi Tomas Barak 2012-ci ildə səfirliyin bağlanmasından sonra ilk dəfə olaraq ABŞ səfirinin iqamətgahı üzərində Amerika bayrağını qaldırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Amerikanın niyyəti və prezidentin baxışı ondan ibarətdir ki, biz bu gənc hökumətə müdaxilə etmədən, tələb etmədən, şərtlər qoymadan şans verməliyik"- deyə Tomas Barak bildirib.