30 may 2025 08:53
162

Kanadada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib

Kanadanın Saskaçevan əyalətinin hakimiyyəti meşə yanğınları səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə region rəhbəri Skott Mo “X” sosial şəbəkəində bildirib.

"Bu gün vilayətin bütün ərazisində fövqəladə vəziyyət elan etdik, çünki meşə yanğınları yaşayış yerlərimizi təhdid edir və artıq minlərlə sakini evlərini tərk etməyə məcbur etdi", - paylaşımda qeyd olunur.

Hazırda Saskaçevanda 17 meşə yanğını qeydə alınıb, onların sahəsi 400 hektardan çoxdur. Təxminən 15 yaşayış məntəqəsinin sakinləri təxliyə olunub, azı 10 min insan evlərini tərk edib. Yanğın nəticəsində 40-dan çox bina məhv olub.

Meşə yanğınları Saskaçevanla qonşu Alberta və Manitoba əyalətlərində də əhalinin təxliyəsinə səbəb olub. Zərərçəkənlər və xəsarət alanlar barədə məlumat verilmir.