Ətir qida kimi istifadə müddətini başa vurmur. Ona görə də son istifadə tarixi hərfi mənada qəbul edilməməlidir. Lakin ətir brendləri onu üç ildən artıq istifadə etməməyi məsləhət görür.
Əgər onun qoxusunun daha turş və ya kəskinləşdiyini görsəniz və ya plastik kimi iyi gəlməyə başlayırsa, onun keyfiyyətinin aşağı düşməyə başladığını düşünmək olar. Bu zaman burnunuza etibar edin.
Ətir zamanla yaxşılaşa bilərmi?
Bəzən belə olur. Tərkibindəki spirtin buxarlanması onun konsentrasiyanı daha yaxşı edir, qoxusu daha güclü olur.
Ətiri daha uzun müddət necə saxlamaq olar?
Şüşəni gün işığından uzaq, quru və sərin yerdə saxlayın. Çəkməcə və ya şkaf yaxşı seçimdir.
Hamam ətirinizi saxlamaq üçün ideal yer deyil. Səbəb rütubət və istilikdir. Ətiri saxlamaq üçün ideal temperatur 15°C-18°C arasındadır. Soyuducu da yaxşı seçimdir.
Qeyri-şəffaf bir şüşə seçin
Hava və işıq ətirinizin ən pis düşmənləridir. Buna görə də qeyri-şəffaf və hava keçirməyən şüşə daha uzun rəf ömrü üçün ən yaxşı zəmanət verir.
Kiçik qablaşdırma seçin
Düzdür, qoxu seçimlərinizi dəyişmək və bir neçə şüşə ətir almaq xoşdur. Amma şüşə yarısı boş olduqda, hava daha çox yer tutur, bu da ətirdə oksidləşmə riskini artırır.
Kiçik qablaşdırma seçmək və bitdikcə yenisini almaq daha məqsədəuyğundur.
Nubar Süleymanova, “İki sahil”