29 may 2025 22:58
163

"Apple" dən YENİLİK

ABŞ-nin "Apple" şirkəti əməliyyat sistemlərinin adlarında dəyişiklik etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, smartfonlar üçün nəzərdə tutulan iOS sisteminin yeni versiyası iOS 18 deyil, iOS 26 adlandırılacaq.

Bu dəyişiklik digər sistemlərə "Mac, iPad, Apple Watch və Apple TV" üçün olan versiyalara da şamil ediləcək. Məqsəd sistem adlarını unifikasiya edərək istifadəçilər və tərtibatçılar arasında çaşqınlığın qarşısını almaqdır.

Şirkət həmçinin iPad əməliyyat sistemini daha funksional edərək ofis işləri üçün uyğunlaşdırmağı planlaşdırır.