29 may 2025 18:33
142

BVF və Ukrayna ilkin razılığa gəldi

Beynəlxalq Valyuta Fondu və Ukrayna rəhbərliyi bu ölkəyə 500 milyon dollara yaxın növbəti tranşın verilməsi ilə bağlı ilkin razılığa gəlib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə fondun məlumatında deyilir.

BVF-nin Ukrayna üzrə missiyasının rəhbəri Qavin Qrey deyib: “Müqavilə ilkin xarakter daşıyır və fondun Direktorlar Şurası tərəfindən təsdiq edilməlidir".

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev demişdi ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı faktiki olaraq Ukraynadakı münaqişənin maliyyələşdirilməsinə cəlb olunub.