Estoniya Rusiya ilə razılığa gələ bilməsə, Narvada öz ərazi sularında naviqasiya qurğuları quraşdıracaq.
“İki sahil” xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri İqor Taro ERR-ə müsahibəsində bildirib.
Estoniya və Rusiya arasında bu qurğuların quraşdırılmasının tam koordinasiyasına imkan verəcək heç bir ikitərəfli saziş yoxdur. Taro bildirib ki, Estoniya bu məsələ ilə bağlı Rusiyaya təkliflər göndərib və cavab olmasa, Estoniya birtərəfli qaydada quraşdıracaq.
Qurğuların quraşdırılmasına və vəziyyətinə Avropa Sərhəd Agentliyinin mütəxəssisləri nəzarət edəcək.
2024-cü ilin mayında rus sərhədçiləri Estoniyanın Narva sularında quraşdırdığı naviqasiya nişanlarını söküblər. Rusiya tərəfi öz hərəkətlərini qurğuların onun ərazi sularında olması ilə izah edib. Cavab olaraq, Estoniya dövlət sərhədinin dəqiq istiqamətini müəyyən etmək üçün Rusiya ilə birlikdə çay yarğanının ölçülməsini təklif edib. Rusiya birgə işə razı olmayıb.