29 may 2025 20:09
176

Azərbaycanın Müstəqillik Gününü Laçında böyük qürurla qeyd etdik - Ərdoğan

Dünən Qarabağda idik. Azərbaycanın 28 May - Müstəqillik Gününü Laçında böyük qürurla qeyd etdik. Prezident İlham qardaşım və Pakistanın Baş naziri Şahbaz qardaşımla həmrəyliyimizi bir daha bütün dünyaya nümayiş etdirdik. İndi də başqa bir qürur günümüz, tariximizin qızıl səhifələrindən birini yenə də böyük çoşqu ilə salamlayırıq.

“İki sahil” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 572-ci ildönümü münasibətilə şəhərdə keçirilən bayram tədbirində çıxışı zamanı deyib.

“29 may 1453-cü ildə taktika və strategiya dahisi, qalib sərkərdə, inanmış və məqsədə hədəflənmiş bir ordu ilə birlikdə İstanbulun fəthini gerçəkləşdirdi. 53 gün davam edən mühasirə, hələ 21 yaşı olan Fatehin rəhbərliyi ilə göz qamaşdıran böyük bir zəfərlə nəticələndi. İstanbulun fəthi hər şeydən əvvəl elmin, qətiyyətin və inamın qələbəsidir”, - deyə Türkiyə Prezidenti bildirib.