Tailandlı Suçata Çuanqsri Hindistanın Telanqana əyalətinin Heydərabad şəhərində finalı keçirilən "Miss World" gözəllik müsabiqəsinin qalibi olub.
“İki sahil” xəbər verir ki, artıq 72-ci dəfə keçirilən mötəbər şounun təşkilatçıları müsabiqənin finalını canlı yayımlayıb.
Tacı qalibə əvvəlki “dünya gözəli”, çexiyalı Kristina Pışkova təhvil verib.
Ümumilikdə müsabiqədə 108 ölkədən nümayəndə iştirak edib. Rusiya müsabiqədə təmsil olunmayıb.
Hindistan bundan əvvəl Mumbayda 2024-cü ildə "Miss World"ün finalına ev sahibliyi edib.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub