Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara zərbələr endirib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İvanovo, Ryazan və Amur vilayətlərindəki hücumlar dəf edilib.
Bundan əvvəl Ukrayna KİV-i Rusiya Aerokosmik Qüvvələrinin bombardmançı təyyarələrinin məhv edilməsi üzrə “Veb” xüsusi əməliyyatı çərçivəsində pilotsuz təyyarələrin Rusiya hərbi aerodromlarına hücum etdiyini bildirib. Bildirilib ki, əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti həyata keçirib.