Argentina millisinin ulduz futbolçusu Lionel Messi Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu 37 yaşlı hücumçu ilə mümkün transferlə bağlı danışıqları bərpa edib.
Təcrübəli forvard bu ölkədə oynamağa razılıq versə, "Əl-Əhli", "Əl-Hilal", "Əl-İttihad" və "Əl-Nəsr"lə danışıqlar başlayacaq.
Qeyd edək ki, Lionel Messinin ABŞ təmsilçisi "İnter Mayami" ilə müqaviləsinin müddəti 2025-ci ilin sonunda başa çatır.