03 iyun 2025 18:39
180

“Fənərbağça” “Qalatasaray”ın sabiq voleybolçusunu transfer edib

“Fənərbağça”nın kişilərdən ibarət voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin üzvü Adis Laqumdziyanı transfer edib.

26 yaşlı voleybolçu son olaraq İtaliyanın “Kuçine-Lube” komandasının formasını geyinib.

Qeyd edək ki, Adis Laqumdziya “Qalatasaray”da da çıxış edib.