03 iyun 2025 00:00
215

Əfqan həkim əqrəb zəhəri ilə insanları müalicə edir

Məhəmməd Şerzad adlı həkim Əfqanıstanda əqrəb yetişdirməklə məşhurlaşıb. Əqrəblərdən dərman hazırlamaq üçün istifadə olunan zəhər toplayır. “VGTRK”nın müxbiri Sergey Zenin “Rossiya 1” telekanalının efirində bildirib ki, zəhərli maye şüşəsi bazarda 10 milyon dollar qiymətləndirilir. Əfqan həkimin sözlərinə görə, o, zəhərli artropodlardan qorxmur; onun ailəsi iki əsrdən artıqdır ki, bu işlə məşğuldur.

"50 ildir ki, bu işlə məşğulam, onların vərdişlərini bilirəm. Ümumiyyətlə, mənim ailəm 215 ildir ki, davamlı əqrəb yetişdirir".

Məhəmməd Şerzad damcı-damcı zəhər topladığı şüşəni müxbirə göstərib. Yüz qram zəhər toplamaq üçün bir həftə ərzində hər gün on min əqrəbi “sıxmaq” lazımdır. Ancaq bu iş tam şəkildə öz bəhrəsini verir: dünya bazarında bir litr zəhərin qiyməti 10,5 milyon dollardır.

Bu zəhərə əsaslanan dərmanların malyariya və xərçənglə mübarizədə istifadə edildiyi bildirilib.

Nubar Süleymanova, “İki sahil”