Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, açılışda mədəniyyət naziri Adil Kərimli, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB Baş katibinin müavini Nurlan Seytimov və digər rəsmi şəxslər çıxış edirlər.
Qeyd edək ki, Laçın 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı elan edilib.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub