04 iyun 2025 00:25
190

Niyə yaşlandıqca yatmaq daha çətinləşir?

Yaşlandıqca yuxu tərzinin dəyişə bilən bir çox aspektləri var. Yuxu müddətindən tutmuş yatmaq qabiliyyətinə qədər insanların çoxu yaşlandıqca müəyyən dəyişikliklər yaşayır. Yaşa dolduqca yuxu rejimlərinin dəyişməsi tamamilə normal olsa da, bunun nə zaman daha ciddi bir şeyin baş verdiyinə işarə ola biləcəyini başa düşmək vacibdir.

Yuxunun dəyişməsi

Bir çox qoca insanın yaşadığı əsas dəyişiklik yuxu ilə bağlı artan çətinlikdir.

Həqiqətən də, yuxu müddəti, oyanıqlıq və yuxuya getmə qabiliyyəti yaşlandıqca təbii olaraq dəyişir.

Azalmış yuxu müddəti

Mütəxəssislərin fikrincə, insanların əksəriyyəti yaşlandıqca yuxu rejimlərində bir neçə əsas dəyişiklik yaşayır. Birincisi, yuxu müddətinin azalmasıdır.

Orta hesabla, yaşlı insanlar gecə yatmağa gənc ailə üzvləri və dostlarından daha az vaxt sərf edirlər.

Statistika

Əslində, araşdırmalar 20-60 yaş arasında hər on ildə 10-20 dəqiqə arasında gecə yuxusunu itirdiyimizi təxmin edir.

Parçalanmış yuxu

Növbəti ümumi dəyişiklik yuxunun daha da parçalanmasıdır. Bu, gecənin ortasında daha çox oyanmaq deməkdir.

Körpəyə bənzər yuxu

Bu şəkildə yaşlı insanların yuxu rejimi körpələrinkinə daha çox bənzəyir. Belə ki, körpələr və balaca uşaqlar gecə ərzində bir neçə dəfə oyanmaq üçün bioloji olaraq “qurulublar” və onlar gün ərzində bir neçə dəfə yuxuya ehtiyac duyurlar.

Yuxu mərhələlərində dəyişikliklər

Yaşlı insanlar da yuxu mərhələlərində dəyişikliklər yaşamağa meyllidirlər. Dərin yuxuda azalma və yüngül yuxuda artım onlar üçün adi haldır.

Sirkadiyalı ritmin dəyişməsi

Yaşlanan insanlarda yuxu ilə bağlı son əsas dəyişiklik sirkadiyalı ritmdə dəyişiklikdir. Əlbəttə ki, bunu ölçmək çətindir, çünki hər kəsin sirkadiyalı ritmi fərqlidir.

Səbəblər

Bu dəyişikliklərin çoxu yaşlandıqca orqanizmin keçirdiyi normal bioloji dəyişikliklərə aid edilə bilər.

Həyat tərzi dəyişiklikləri

Bəzən onlar da həyat tərzi dəyişikliklərinin nəticəsidir. Məsələn, təqaüdçülər daha az aktiv olla bilər. Həyat tərzində dəyişiklik gecə yatmaq qabiliyyətinə birbaşa təsir göstərir.

Potensial ciddi bir səbəb

Ancaq bəzən yuxu rejimində dəyişiklik yuxu pozğunluğunun və ya hər hansı tibbi vəziyyətin inkişaf etdiyini göstərə bilər.

Əsas tibbi vəziyyətlər

Diabet və menopoz orta yaşlı insanlara təsir edən əsas sağlamlıq vəziyyəti hesab edilir. Bunlar bəzən normal yatmaq qabiliyyətinə də təsir edə bilər.

 Mütəxəssislər yaşlı insanları daha keyfiyyətli yuxu üçün gündüz aktiv həyat tərzi keçirməyə, yüngül və sağlam qidalanmağa, stresdən uzaq olmağa çağırırlar.

Nubar Süleymanova, “İki sahil”