Yunan-Roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev 3-cü ali təhsilini başa vurub.
“İki sahil” xəbər verir ki, o, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bələdiyyə idarəetməsi ixtisasından məzun olub.
Qeyd edək ki, 34 yaşlı R. Çunayev Azərbaycan İdman Akademiyasını və Bakı Dövlət Universitetini bitirib.