05 iyun 2025 20:47
147

Tramp Si Cinpini ABŞ-yə səfərə dəvət edib

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə telefon danışığı zamanı onu Vaşinqtona səfərə dəvət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Truth” sosial şəbəkəsində müvafiq paylaşım edib.

“Söhbətimiz zamanı Prezident Si Cinpin məni və birinci xanımı lütfkarlıqla Çinə səfərə dəvət etdi və mən də buna cavab verdim” deyən Tramp hər iki ölkənin liderlərinin bunu səbirsizliklə gözlədiklərini qeyd edib.