06 iyun 2025 21:10
109

Süni intellekt istehsalın və təhsilin əsaslarını dəyişdirir

BRİKS ölkələri iyulda Rio-de-Janeyroda keçiriləcək sammitdə süni intellekt idarəçiliyinin əsaslarına dair dünyanın ilk birgə deklarasiyasını qəbul edəcəklər.

“İki sahil” xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva deyib.

"BRİKS sammitində süni intellektin idarə olunmasına dair deklarasiya qəbul olunacaq. O, hamıya xidmət etməlidir", - dövlət başçısı respublika hökumətinin yutub kanalında yayımlanan çıxışı zamanı deyib.

Braziliya lideri qeyd edib ki, süni intellektin tənzimlənməsi üçün vahid qaydaların olmaması yalnız böyük korporasiyaların xeyrinədir.

"Süni intellekt istehsalın və təhsilin əsaslarını dəyişdirir. Açılan imkanlar sərhədsizdir, lakin risklər heç də az deyil", - Lula da Silva vurğulayıb.