2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün baş tutacaq.
“İki sahil” xəbər verir ki, G, H, K qruplarında ümumilikdə altı matç gerçəkləşəcək.
G qrupunun favoriti olan Niderland millisi Finlandiya komandasının qonağı olacaq.
K qrupunda yer alan İngiltərə isə səfərdə Andorranı sınağa çəkəcək.
DÇ-2026, seçmə mərhələ
III tur
G qrupu
20:00. Malta - Litva
22:45. Finlandiya - Niderland
Xal durumu: Polşa - 6 (2 oyuna), Finlandiya - 4 (2), Litva - 1 (2), Niderland - 0 (0), Malta - 0 (2).
H qrupu
17:00. Bosniya və Herseqovina - San Marino
22:45. Avstriya - Rumıniya
Xal durumu: Bosniya və Herseqovina - 6 (2), Rumıniya - 3 (2), Kipr - 3 (2), Avstriya - 0 (0), San Marino - 0 (2).
K qrupu
20:00. Andorra - İngiltərə
22:45. Albaniya - Serbiya
Xal durumu: İngiltərə - 6 (2), Albaniya - 3 (2), Latviya - 3 (2), Serbiya - 0 (0), Andorra - 0 (2).