3x3 basketbol üzrə Azərbaycan milli komandaları Kosovonun paytaxtı Priştina təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində bu gün mübarizəyə start verəcəklər.
“İki sahil” xəbər verir ki, kişilərdən ibarət kollektiv B qrupunda iki oyun keçirəcək. Yığma Bakı vaxtı ilə saat 21:45-də Malta ilə, 23:35-də meydan sahibləri ilə üz-üzə gələcək.
Qadınlardan ibarət komanda isə B qrupunda Kosovo ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qarşılaşma saat 23:10-da başlayacaq.
Qeyd edək ki, yalnız təsnifat mərhələsinin qalibləri 5-7 sentyabr aralığında Danimarkada baş tutacaq Avropa Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Rövşən Nəcəf Canni İnfantinonu FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik edib - VİDEO
Kişilər arasında Dinamik Piramida üzrə Ölkə Çempionatının möhtəşəm finalı keçirildi
Azərbaycan yığması Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək