“Əl-Nəsr”in hücumçusu Joau Feliks Səudiyyə Ərəbistanı çempionatında 2025/26 mövsümünün ən yaxşı futbolçusu seçilib.
“İki sahil” xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı portuqaliyalı futbolçu 2025/26 mövsümündə 33 oyunda 20 qol vurub, 14 məhsuldar ötürmə edib.
Feliks Ər-Riyad təmsilçisinə 2025-ci ilin yayında transfer olunub. O, daha əvvəl “Milan”, “Çelsi”, “Barselona”, “Benfika” və “Atletiko”nun formasını geyinib.
Qeyd edək ki, “Əl-Nəsr” 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı çempionu olub.
Ər-Riyad klubunda Joau Felikslə yanaşı, portuqaliyalı hücumçu Kriştiano Ronaldo da çıxış edir.