Almaniyanın Köln şəhərində polis Əmirxan adlı 14 yaşlı məktəblini İŞİD-ə qoşulduqdan sonra saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Bildirilib ki, məktəbli dekabr ayında Milad bayramı yarmarkalarından birində İŞİD adından terror aktı törətməyi planlaşdırıb.
Köln Prokurorluğunun məlumatına görə, yeniyetmə öz "TikTok" kanalında terror təşkilatının rəmzlərini əks etdirən video paylaşıb. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onunla maraqlanmağa başlayıblar.
Məktəbli konstitusiyaya zidd birlikləri təbliğ etməkdə və qadağan olunmuş təşkilata üzv olmaqda şübhəli bilinir.