07 iyun 2025 18:32
98

Yunanıstanda 5,2 bal gücündə zəlzələ baş verib

Episentri Gökçeadadan (Türkiyə) 130 kilometr aralıda olan Yunanıstanın Ayion Oros bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 15:46-da qeydə alınan yeraltı təkanlar 7 kilometr dərinlikdə baş verib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”