07 iyun 2025 22:30
92

İtaliya sahillərində qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrant xilas olunub

İtaliyanın sahil mühafizəsi xidmətinin patrul gəmisi 11 metrlik qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrantı xilas edib.

“İki sahil” xəbər verir ki, miqrantlar Siciliyanın cənubundakı Lampeduza adasındakı limana aparılıb. Banqladeş, Efiopiya, Somali, Misir, Sudan, Eritreya, Pakistan və Cənubi Sudandan olan miqrantların qayıqla Liviyanın Zaviyə şəhərindən yola düşdükləri bildirilib.

Miqrantlar Avropaya çatmaq üçün hər nəfərə 5000-8000 dollar ödədiklərini deyiblər.