Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində yanacaq-sürtkü materialları anbarında baş verən açıq yanğın söndürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin telegram kanalında məlumat verilib.
Nazirlik əlavə edib ki, hadisə yerində 50-dən çox mütəxəssis və 12 texnika işləyib.