08 iyun 2025 08:08
89

Məşhur tiktoker Xabi Leym ABŞ-da hava limanında saxlanılıb

ABŞ Miqrasiya Xidməti dünyanın ən məşhur “TikToker”i Xabi Leym Las-Veqas hava limanında vizası bitdiyinə görə saxlayıb.

“İki sahil” xəbər verir ki, bu haqda  “Agence France-Presse” məlumat yayıb.

Məlumata görə o saxlanıldığı gün azadlığa buraxılıb, sonra isə könüllü olaraq ölkəni tərk edib.

Qeyd edək ki, Leym UNICEF-in xoşməramlı səfiri və 162 milyondan çox abunəçisi olan ən məşhur “TikTok” bloggeridir.