"Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir".
“İki sahil” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində respublikanın birinci prezidentinin bütün ermənilərin katolikosu II Qareginlə görüşünü şərh edərkən yazıb.
"Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir", - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, iyunun 7-də Ter-Petrosyan II Qareginlə görüşüb və ona dəstəyini ifadə edib.
Qeyd edək ki, mayın 29-da Nikol Paşinyan sosial şəbəkələrdə erməni apostol kilsəsinin nümayəndələrinə qarşı bir sıra təhqiramiz postlar dərc edib, daha sonra isə yeni katolikosun seçilməsinə çağırıb. İyunun 2-də o, II Qareginin subaylıq andına əməl etməsi faktını şübhə altına alıb və yazıb ki, əgər onun övladı varsa, Erməni apostol kilsəsinin rəhbəri ola bilməz.