20 aprel 2026 18:23
124

Macarıstanda 16 nazirlikdən ibarət hökumət formalaşdırılacaq

Macarıstanda Peter Macyarın rəhbərlik etdiyi Tissa Partiyası mümkün yeni hökumətin strukturuna dair ilkin planları açıqlayıb.

“İki sahil” xəbər verir ki,  partiya təxminən 16 nazirlikdən ibarət kabinet formalaşdırmağı nəzərdə tutur. Planlaşdırılan qurumlar arasında xarici işlər, maliyyə, iqtisadiyyat və enerji, səhiyyə, müdafiə və ətraf mühit sahələri üzrə nazirliklər yer alır.

Yeni strukturun məqsədi dövlət idarəçiliyini daha effektiv və şəffaf etməkdir. Partiya nümayəndələri bildiriblər ki, nazirliklərin sayı və funksiyaları ölkənin qarşısında duran əsas iqtisadi və sosial çağırışlara uyğun şəkildə müəyyənləşdirilib.

Ekspertlərin fikrincə, bu model son illərdə formalaşmış idarəetmə sistemindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Yeni parlamentin yaxın həftələrdə fəaliyyətə başlaması gözlənilir və hökumətin formalaşdırılması prosesi sürətlə davam edir.