08 iyun 2025 17:45
108

Spaletti İtaliya millisindən gedir?

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti vəzifəsindən uzaqlaşdırıla bilər.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.

66 yaşlı Spalletti DÇ-2026-nın seçmə mərhələsində Norveçə məğlubiyyətdən (0:3) sonra İtaliya millisini tərk etməyə yaxındır.

Qeyd olunur ki, Spaletti ilə İtaliya Futbol Federasiyasının rəhbərliyi münasibətlər pisləşməyib. Lakin tərəflər əməkdaşlığı dayandırmaq istəyirlər. Mütəxəssisin istefası yaxın vaxtlarda rəsmən açıqlana bilər.

Qeyd edək ki, İtaliya 2023-cü ilin yayından İtaliya millisini çalışdırır.