Slovakiya Avropa İttifaqında respublikaya zərər verə biləcək sanksiyaların qarşısını alacaq.
“İki sahil”in məlumatına görə, bunu jurnalistlərə ölkənin baş naziri Robert Fiko deyib.
"Əgər Aİ-də bizə zərər verəcək bir sanksiya təklif olunarsa, mən heç vaxt onun qəbuluna səs verməyəcəyəm. Əgər kimsə Rusiya Federasiyasından Slovakiyaya nüvə yanacağı tədarükünün dayandırılmasını təklif etmək istəsə, mən bunu dəstəkləyə bilmərəm. Mən bunu dəstəkləyə bilmərəm, çünki Slovakiyanın nüvə stansiyalarında beş nüvə reaktoru bir daha bağlanmalı olacaq. Slovakiyanın milli və dövlət maraqlarına zərər verərsənsə, biz onları bloklayacağıq. Mən Avropa Şurasının iclaslarında konstruktiv oyunçu olmaqda maraqlıyam, lakin Slovakiyanın zərərinə deyil”, - Robert Fiko bildirib.
İyunun 5-də Slovakiya Milli Şurası (parlamenti) respublika hökumətinin üzvlərini Rusiya Federasiyasına qarşı yeni sanksiyaların qəbulunu dəstəkləməkdən çəkinməyə çağıran qətnamə qəbul edib.
"Mən bu qətnaməni alqışlayıram", - deyən Fiko əlavə edib: “Mən bunu Avropa Şurasındakı müzakirələrdə sanksiyaların genişləndirilməsi məsələsi ilə bağlı etibar edə biləcəyim güclü siyasi alət hesab edirəm”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”