08 iyun 2025 19:19
99

Los-Anceles meri Trampın Milli Qvardiya ilə bağlı sözlərini təkzib edib

ABŞ Prezidenti Donald Trampın dediklərinin əksinə olaraq, Milli Qvardiyanın qoşunları Los-Ancelesdə etiraz aksiyaları və qarşıdurmalar fonunda ictimai asayişi qorumaq üçün şəhərə yerləşdirilməyib və ya istifadə olunmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Los-Anceles meri Karen Bass “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Aydın olmaq üçün: Milli Qvardiya Los-Ancelesdə yerləşdirilməyib", - Bass yazıb.

O, Kaliforniya şəhəri və ştatının hüquq-mühafizə orqanlarına, eləcə də qubernatoru Qevin Nyusoma Los-Ancelesdə asayişi qorumaq üçün gördüyü işlərə görə təşəkkür edib.

Bundan əvvəl Donald Tramp Los-Ancelesdə “əla işlədiklərinə” və iğtişaşlarla mübarizə apardıqlarına görə Milli Qvardiya qoşunlarına təşəkkür edib.