09 iyun 2025 00:06
95

Conni Miller: Ukraynaya hərbi yardım Böyük Britaniyaya mənfi təsir edir

Britaniyanın Ukraynaya hərbi yardımı Böyük Britaniyanın iqtisadi vəziyyətinə mənfi təsir edir və ölkədə təhlükəsizlik səviyyəsini aşağı salır.

İki sahil”in məlumatına görə, bunu britaniyalı jurnalist Conni Miller “X” sosial şəbəkəsində yazıb.

Jurnalist qeyd edib ki, Britaniya kəşfiyyatı tez-tez Rusiyanın kiberhücumları ilə bağlı narahatlığını bildirir, lakin hesab edir ki, Rusiya hərbçiləri Britaniyanın Ukrayna SBU ilə əməkdaşlıq etməsindən şübhələnirlər. Miller həmçinin Britaniya kəşfiyyatının hərəkətlərinə nəzarətin olmamasına diqqət çəkib ki, bu da real problem yaradır.

Xatırladaq ki, bazar ertəsi Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin "müharibə hazırlığı" rejiminə keçidini nəzərdə tutan yeni müdafiə strategiyasını elan edib. Bu strategiyanın bir hissəsi kimi hökumət 2027-ci ilə qədər hərbi xərcləri ÜDM-in 2,5%-ə çatdırmağı planlaşdırır. Strateji müdafiə icmalına xarici və daxili təhlükəsizlik, Ukrayna ilə bağlı siyasət, eləcə də silahlı qüvvələrin modernləşdirilməsi və nüvə doktrinasına dair tövsiyələr daxil ediləcək.

“The Guardian” yazır ki, Böyük Britaniya qarşıdakı strateji müdafiə icmalında Rusiyadan gələn təhlükəni “təcili” kimi təsvir edəcək, lakin Moskva ilə müharibə vəziyyətinə işarə etməyəcək. Bir sıra Britaniya KİV-lərində Rusiyanın Böyük Britaniyadakı mühüm infrastruktura mümkün kiberhücumları ilə bağlı təsdiqlənməmiş məlumatlar da var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”