08 iyun 2025 19:48
97

Fidan Rutte ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefonla danışıb.

İki sahil” xəbər verir ki, bunu “TRT Haber” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması üçün göstərilən səylər qiymətləndirilib.

Bundan əlavə, 24-25 iyun 2025-ci il tarixlərində Niderlandın paytaxtı Haaqada keçiriləcək NATO Zirvə toplantısına hazırlıq müzakirə edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”