Azərbaycanın yeniyetmə musiqiçisi, Şəki şəhər 3 saylı Uşaq İncəsənət Məktəbinin 6-cı sinfində təhsil alan 13 yaşlı Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə ən yaxşı nəticə göstərərək qalib adına layiq görülüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un Şimal-qərb bürosuna A.Əhmədzadənin yaxınları bildiriblər.
Qeyd edək ki, A.Əhmədzadə Şəki şəhər 8 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir. O, 6 ildir fortepiano üzrə musiqi təhsili alır. A.Əhmədzadə bundan əvvəl də beynəlxalq müsahibələrin qalibi olub.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub