ABŞ-nin Tennessi ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə CNN ştatın yol patrul xidmətinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, hadisə zamanı təyyarədə 16-20 nəfər olub. Zərərçəkənlərin bəziləri helikopterlərlə yaxınlıqdakı tibb müəssisələrinə təxliyə edilib, digər zərərçəkənlərə isə hadisə yerində yardım göstərilib. Yaralıların dəqiq sayı açıqlanmır.
CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilib.
Hadisənin təfərrüatı və zərərçəkənlərin sayı dəqiqləşdirilir. Xilasetmə xidmətləri qəza yerində işlərini davam etdirir.
Macarıstan tələb edir ki, Kiyev xərclənmiş vəsait barədə hesabat versin - Siyarto