09 iyun 2025 12:19
100

Qadınların dəmir yolu sahəsində məşğulluq imkanları artıb

Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun yaz iclasında Azərbaycanda qadınların məşğulluq imkanlarının artırılması üçün son illər aparılan islahatlar nümunə göstərilib.

“İki sahil” xəbər verir ki, bu islahatlar ölkədə qadınların əmək bazarında iştirakı ilə bağlı böyük irəliləyiş kimi qeyd olunub. Qadınların bir çox peşə sahəsində (dəmir yolu mühəndisi, avtobus sürücüsü və s.) işləməsi ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətlərin artıq müvafiq qanun dəyişiklikləri ilə aradan qaldırıldığı bildirilib.

Nəticədə qadınların dəmir yolu sahəsində məşğulluq imkanlarının artdığı vurğulanıb.