09 iyun 2025 12:45
91

Naxçıvanda dönərdən zəhərlənən 17 nəfərdən 9-u uşaq olub YENİLƏNİB

İyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 şəxs qida zəhərlənməsi diaqnozu ilə daxil olub. Xəstələrin vəziyyəti orta ağır, iki xəstənin vəziyyəti isə ağır idi. Doqquz xəstə azyaşlı olub.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Nəzmin Allahverdiyeva deyib.

O qeyd edib ki, aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalma ilə evə buraxılıblar.