09 iyun 2025 18:44
114

Kristian Kivu “İnter”in yeni baş məşqçisi olub

İtaliyanın “İnter” komandasının yeni baş məşqçisi məlum olub.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kristian Kivu gətirilib. Rumın mütəxəssislə 2027-ci ilin yayınadak müqavilə imzalanıb. O, son olaraq “Parma”da işləyib.