09 iyun 2025 19:49
98

Dünyanın ən bahalı futbolçusu-Lamin Yamal

"Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamal "Transfermarkt" portalına görə dünyanın ən bahalı futbolçusu olub.

“İki sahil” xəbər verir ki, onun dəyəri 200 milyon avro qiymətləndirilir. Yenilənmiş reytinqdə 17 yaşlı Yamalın dəyəri 20 milyon avro artıb. O, həmçinin Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə görə ən bahalı oyunçu olub. Təşkilat onun bazar dəyərini 402,3 milyon avro olaraq qiymətləndirib.

"Transfermarkt"a görə, Lamine Yamaldan başqa, ən bahalı 10 oyunçu siyahısına aşağıdakılar daxildir:

Djud Bellinqem ("Real Madrid") - 180 milyon avro;

Erlinq Holann ("Mançester Siti") - 180 milyon avro;

Kilian Mbappe (“Real Madrid”) – 180 milyon avro;

Vinisius Junior ("Real Madrid") - 170 milyon avro;

Bukayo Saka ("Arsenal) - 150 milyon avro;

Pedri ("Barselona") - 140 milyon avro;

Florian Virtz ("Leverkuzen") - 140 milyon avro;

Camal Musiala ("Bavariya") - 140 milyon avro;

Federiko Valverde ("Real Madrid") - 130 milyon avro.

"Barselona"nın tərkibində Lamin Yamal ikiqat İspaniya çempionu, həm də ölkə kubokunun və Superkubokunun qalibi olub. Onun klubla müqaviləsi 2031-ci ilə qədərdir. İspaniya millisi ilə birlikdə Yamal 2024-cü ildə Avropa çempionatının qalibi olub və turnirin ən yaxşı gənc oyunçusu kimi tanınıb.