“NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir”.
“İki sahil” xəbər verir ki, bu fikri alyansın baş katibi Mark Rütte Böyük Britaniyada keçirilən konfransda çıxışı zamanı deyib.
Avropa iqtisadiyyatının militarizasiyasını sürətləndirməyə çağıran Rütte bildirib ki, Rusiya hazırda NATO-ya hücum edə bilməz, lakin 3-5 il ərzində bunu edə biləcək.
“İqtisadiyyatı bütün NATO ölkələrinin iqtisadiyyatından 25 dəfə kiçik olsa da, Rusiya bütün alyans ölkələrinin cəmindən dörd dəfə çox sursat istehsal edir. Hər hansı bir münaqişənin əsasını sursat təşkil edir. Əgər sursat ehtiyatınız yoxdursa, işə başlamayın”.
O, NATO ölkələrini hava hücumundan müdafiə sistemlərinin sayını 5 dəfə artırmaqla, tankların, zərbə sistemlərinin, pilotsuz təyyarələrin istehsalını çoxaltmaqla və əhəmiyyətli silah-sursat ehtiyatı yaratmaqla buna hazırlaşmağa çağırıb.