10 iyun 2025 10:10
123

Modriç dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub.

“İki sahil” xəbər verir ki, Xorvatiya millisinin kapitanı ötən gün DÇ-2026-nın seçmə mərhələsində Çexiya yığması ilə görüşdə (5:1) penaltidən qol da vurub.

39 yaş 9 aylığında fərqlənən Modriç dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı avropalı futbolçu olub.

Qeyd edək ki, əvvəlki rekord Bosniya və Herseqovina millisinin hücumçusu Edin Cekoya məxsus idi. O, 39 yaş 2 aylığında olarkən, iyunun 7-də San Marino ilə matçda (1:0) fərqlənmişdi.