10 iyun 2025 16:57
147

Samir Vəliyev: Əsas məqsəd tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir

“Elektroenergetika haqqında” qanun layihəsinin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir.

“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu qanun layihəsi Azərbaycanda kommunal xidmətlər sahəsində tariflərin tənzimlənməsinin təkmilləşdirilməsi tarif metodologiyasının tətbiqi istiqamətində atılan növbəti mühüm addımdır: “Bu yanaşmanın, yeniliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. İstehlakçının statusundan kommunal xidmətlərin istifadə səviyyəsindən asılı olmayaraq, daha ədalətli yanaşma tətbiq olunacaq”.